...

Əmək bazarı bizdən nə istəyir, bilmirik - Agentlik sədri

İqtisadiyyat Materials 1 Noyabr 2023 17:37 (UTC +04:00)
Əmək bazarı bizdən nə istəyir,  bilmirik - Agentlik sədri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün peşələrin dəyişdirilməsi ilə bağlı ciddi müzakirələr gedir.

Trend xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli "Təhsilin İnkişafı Forumu 2023"də çıxışı zamanı deyib.

O bildirib ki, ənənəvi peşələr əmək bazarından çıxacaq, yeni peşələr daxil olacaq.

“Bunun pis tərəfi ondan ibarətdir ki, ənənəvi peşələrdə çalışanlar ya işlərini itirəcək, ya da peşələrini dəyişdirəcəklər. Biz yeniliklərə uyğunlaşmalıyıq. Əmək bazarı bizdən nə istəyəcək, onu bilməliyik. Lakin biz hələ əmək bazarı nə istəyir, onu bilmirik”,- deyə o bildirib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumu keçirilir. "İnnovasiya ekosisteminin yaradılması", "Universitet – sənaye tərəfdaşlığı", "Gələcək üçün təhsil" panellərindən ibarət olacaq Forumda peşəkar moderator və spikerlər iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti