...

Azərbaycan “Turkmentel-2023” XVI Beynəlxalq forumunda təmsil olunacaq

İqtisadiyyat Materials 8 Noyabr 2023 07:23 (UTC +04:00)

Bakı. Trend:

Noyabrın 9-10-da Aşqabadda “Turkmentel-2023” XVI Beynəlxalq telekommunikasiya, telemetriya, informasiya texnologiyaları və teleradio yayımı avadanlıqları sərgi və elmi konfransı keçiriləcək.

Trend xəbər verir ki, tədbirdə dünyanın 30 ölkəsindən 80 şirkətin 200 nümayəndəsinin iştirakı gözlənilir. Texnoloji forumun iştirakçıları arasında Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Əfqanıstan, Rusiya, ABŞ, Fransa, Finlandiya, Türkiyə, Latviya, Monako, Niderland, Almaniya, İsveçrə, Avstriya, Yaponiya, İsveç, Böyük Britaniya, Tailand, Hindistan, Pakistan, Belarus, Çin və Birləşmiş Ərəb Əmirlikləri olacaq.

Forum çərçivəsində keçiriləcək tədbirlərdə alimlər, ekspertlər, biznesmenlər, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir. Onlar rəqəmsal transformasiya, kibertəhlükəsizlik, peyk rabitə texnologiyaları, həmçinin rəqəmsal inkişaf sahəsində dövlət strategiyası məsələlərini müzakirə edəcəklər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti