...

Bu il ölkəyə 1,5 milyon əcnəbi gəlib

İqtisadiyyat Materials 16 Noyabr 2023 10:38 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 9 ayı ərzində ölkəmizə 1 milyon 536 min 378 əcnəbi daxil olub.

Trend xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

V.Hüseynov əlavə edib ki, həmin müddət ərzində 1 milyon 533 min 47 əcnəbi isə ölkəni tərk edib.

"Bu ilin 9 ayı ərzində 1517 əcnəbinin ölkədə qalma müddəti uzadılıb, 65 756 əcnəbinin ölkədə müddətli yaşama icazəsi il sonuna qədər etibarlıdır, 11937 əcnəbinin il sonuna qədər etibarlı olan daimi yaşama icazəsi var, 107 ölkədən 9190 nəfər iş icazəsi alıb", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti