Bakı. Trend:
Yelo Bank xidmət şəbəkəsini artırmaqla əhatə dairəsini
genişləndirməyə davam edir. Bu dəfə Bank Masallıda rəqəmsal
konseptli yeni filialını yerli sakinlərə təqdim etdi. Bankın digər
filialları kimi “Parlaq Bankçılıq” şüarına uyğunlaşdırılmış Masallı
filialı da yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri
imkanlara malikdir.
Rəqəmsal filialın ənənəvi analoqlarından əsas üstünlüyü ondadır ki,
burada bank əməliyyatları xəzinə olmadan aparatlar vasitəsilə
aparılır. Müştərilər nağd pul, biznes kreditləri, Yelo debet kart
və digər məhsulların sifarişi ilə bərabər, fasiləsiz rejimdə
hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif
ödənişlər edə bilirlər. Yeni filial Masallı şəhəri, Heydər Əliyev
prospekti 220 ünvanında yerləşir.
Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov yeni filial ilə
bağlı fikirlərini bildirərək qeyd etdi ki, “Yelo-nun əsas missiyası
Azərbaycanın hər bir guşəsinə parlaq bankçılıq təcrübəsini
gətirməkdir. Biz Masallıdakı potensial sahibkarlığı dəstəkləmək
məqsədilə onların ehtiyacına uyğunlaşdırılmış sürətli və səmərəli
bank həlləri hazırlamışıq. Bu yeni filialımızla regionun böyüməsini
dəstəkləmək, potensial biznes imkanlarını gücləndirmək və gündəlik
bankçılığı hər kəs üçün daha sadə və əlçatan etməyi hədəfləmişik.
Filialın rəqəmsal konseptli olmasının nağdsız ödənişlərin
inkişafına təkan verəcəyinə də inanıram”.
Xatırladaq ki, bu il Yelo Bank Xaçmaz və Tovuz filiallarını da
istifadəyə verib. Hazırda Yelo Bank-ın 19 filialı və bir
özünəxidmət mərkəzi fəaliyyət göstərir. Bank ölkənin digər
bölgələrində xidmət şəbəkəsini eyni konseptdə genişləndirməyə davam
edəcək.
Aqro
kredit ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə
zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!