...

Dünya bazarlarında ərzaq məhsullarının son qiymətləri açıqlandı

İqtisadiyyat Materials 9 Dekabr 2023 13:45 (UTC +04:00)
Dünya bazarlarında ərzaq məhsullarının son qiymətləri açıqlandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin noyabr ayında ərzaq qiymətləri indeksinin orta dəyəri yenilənmiş oktyabr səviyyəsi ilə müqayisədə dəyişməyib: bitki yağları, süd məhsulları və şəkərin qiymət indekslərində artım taxıl və ət üzrə göstəricilərin azalması ilə kompensasiya edilib.

Trend Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadla xəbər verir ki, beləliklə, indeksin dəyəri ötən ilin müvafiq səviyyəsindən 10,7 faiz aşağı olub.

Oktyabr ayı səviyyəsi ilə müqayisədə taxılın qiymət indeksinin dəyəri 3 faiz azalıb. Bu, digər amillərlə yanaşı, Argentinada fermer təsərrüfatlarının həcminin artması və ABŞ-da mövsümi tədarük artımı səbəbindən qarğıdalı qiymətlərinin kəskin düşməsi, həmçinin Argentina və Avstraliyada mövsümi tədarük artımı və Rusiya Federasiyası tərəfindən davam edən gərgin rəqabət nəticəsində buğda qiymətlərinin aşağı düşməsi ilə bağlı olub.

2023-cü ildə qlobal taxıl istehsalının 2,823 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da 2021-ci ildə əldə edilən əvvəlki rekord həddən 10,3 milyon ton çoxdur.

Bitki yağının qiymət indeksinin dəyəri üç aylıq davamlı enişdən sonra noyabrda oktyabr ayı ilə müqayisədə 3,4 faiz artıb. Xurma və günəbaxan yağlarının dünya qiymətlərinin artması soya və kolza yağlarının kotirovkalarının azalmasını kompensasiya edib.

Oktyabr ayından süd məhsullarının qiymət indeksi 2,2 faiz artıb: artım ardıcıl ikinci aydır davam edir, lakin bu dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə hələ də 16,9 faiz aşağıdır. Kərə yağı və yağsız südün qlobal qiymətlərinin artması Şimal-Şərqi Asiya ölkələrindən yüksək idxal tələbi, məhdud tədarük və Qərbi Avropada qış tətili ərəfəsində daxili tələbatın artması ilə əlaqələndirilir.

Noyabr ayında ət qiymətləri indeksinin orta göstəricisi oktyabr ayı ilə müqayisədə bir qədər aşağı olub ki, bu da daha yüksək istehsal və tədarük nəticəsində quş əti, donuz əti və mal əti qiymətlərindəki cüzi azalmaları əks etdirir.

Noyabrda şəkərin qiymət indeksinin orta dəyəri 1,4 faiz artaraq 2022-ci ilin eyni dövrünün göstəricisindən 41,1 faiz yüksək olub. Şəkər qiymətlərində qeydə alınan artım, əsasən, cari mövsümdə, ehtimal ki, El Ninyo fenomeni ilə əlaqədar yaranan şiddətli quraqlıq səbəbindən ixrac təklifinin gözlənilən azalması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti