Bakı. Trend:
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 662,5 min və ya 28,5% çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Qeyd olunur ki, bu nəqliyyat növü ilə yanvar-noyabr aylarında yükdaşıma 18,3% azalaraq 307,2 min ton təşkil edib.