...

"Bakı Fond Birjası" Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvü oldu

İqtisadiyyat Materials 12 Yanvar 2024 16:57 (UTC +04:00)
"Bakı Fond Birjası" Alman-Azərbaycan Xarici Ticarət Palatasının üzvü oldu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Bakı Fond Birjası" (BFB) QSC Alman-Azərbaycan Xarici Ticarət Palatası ("AHK Azərbaycan") üzvlüyünə qəbul edilib.

Trend bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin dekabr ayında tərəflər arasında ilkin görüşlər keçirilib və əməkdaşlığın aparılmasına qərar verilib.

"AHK Azərbaycan" 2012-ci ildən fəaliyyət göstərir, şirkətlərə bazar araşdırmaları ilə bağlı məlumat və lazımi dəstək verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti