...

Azərbaycan əhalisinin yanacaq xərcləri ARTDI

İqtisadiyyat Materials 14 Fevral 2024 14:27 (UTC +04:00)
Azərbaycan əhalisinin yanacaq xərcləri ARTDI
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 227,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Trend-in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % çoxdur.

Ötən ay alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 5 % artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti