...

Azərbaycanda bu avtomobillərin qiymətinin bahalaşacağı gözlənilir

İqtisadiyyat Materials 15 Fevral 2024 14:18 (UTC +04:00)
Azərbaycanda bu avtomobillərin qiymətinin bahalaşacağı gözlənilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda utilizasiya proqramının tətbiqi nəticəsində istehsal ili dörd ildən çox olan avtomobillərin qiymətində artımların olacağı gözlənilir.

Bu barədə Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Deputat bildirib ki, aparılan monitorinqlər göstərir ki, hələlik utilizasiya rüsumları avtomobil bazarında qiymətlərə xüsusi təsir göstərməyib.

“Ancaq bununla belə gözlənti ondan ibarətdir ki, istehsal ili 4 ildən çox olan avtomobillərin xərclərində artım olduğu üçün qiymətlərində də bahalaşmaya gətirib çıxara bilər”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2024-cü il tarixli sərəncamı ilə nəqliyyat vasitələrinin utilizasiyası fondu yaradılıb, 31 yanvar 2024-cü il tarixli qərarı ilə bu fondun vəsaitinin formalaşdırılması və istifadə Qaydaları təsdiq edilib.

Qaydalara əsasən, Fondun vəsaiti utilizasiya haqqı, kreditlər və qrantlar, könüllü ianələr, beynəlxalq təşkilatların və digər donorların ayırmaları və digər mənbələr hesabına formalaşacaq. Utilizasiya haqqı yalnız yaşı 4 ili keçmiş nəqliyyat vasitələri üçün ödəniləcək. Azərbaycana idxal edilən avtomobilin istehsal ili 4 ildən 7 ilə qədər olduqda utlizasiya rüsumu 400 manat, 7 il və daha çox olduqda isə 700 manat təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti