...

İranla Azərbaycan arasında dəmiryolu ilə yükdaşımalar ARTIB

İqtisadiyyat Materials 26 Fevral 2024 12:00 (UTC +04:00)
İranla Azərbaycan arasında dəmiryolu ilə yükdaşımalar ARTIB
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 11 ayı (21 mart 2023 -19 fevral 2024) ərzində İranla Azərbaycan arasında Astara dəmiryolu vasitəsi ilə yükdaşıma ötən ilin analoji dövrü ilə müqayisədə 28% artıb.

Trend-in məlumatına görə, bunu İranın Şimal Dəmiryol İdarəsinin baş direktoru Qulamhüseyn Vələdi deyib.

Q.Vələdinin sözlərinə görə, 11 ayda Astara dəmiryolu vasitəsi ilə İran və Azərbaycan arasında təxminən 645 min ton yük daşınıb. Ötən ilin analoji dövründə isə iki ölkə arasında Astara dəmiryolu vasitəsi ilə təxminən 502 min ton yük daşınıb.

Vələdi əlavə edib ki, 11 ayda Astara dəmiryolu vasitəsi ilə ölkəyə 206 min (206 379) tondan çox yük ölkəyə idxal olunub. Bu isə ötən ilin analoji dövrü ilə (130 307) müqayisədə 58% çoxdur. İdxal olunan məhsulları əsasən taxıl, pambıq və sairə təşkil edib.

İdarə rəsmisi qeyd edib ki, 11 ayda Astara dəmiryolu vasitəsi ilə 167 min tondan çox məhsul ixrac olunub. İxrac olunan məhsullar əsasən sitrus meyvələri, sement, kimyəvi maddələr, ərzaq maddələri və sairə təşkil edib.

Onun sözlərinə görə, 11 ayda Astara dəmiryolu vasitəsi ilə təxminən 270 min ton məhsul tranzit olunub. Tranzit olunan məhsullar əsasən un, darı, arpa, buğda, kimyəvi maddələr və sairə təşkil edib.

Qeyd eedək ki, hazırda İranda dəmiryol xətlərinin uzunluğu 14 984 kilometrdir. İranın dəmiryol xətlərində 993 lokomotiv, 29 950 yük vaqonu və 2 178 sərnişin vaqonundan istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti