Bakı. Trend:
"NB Holding" və "Alibaba Group" Anlaşma Memorandumu imzalayıb.
Trend xəbər verir ki, memorandumu "NB Holding"in təsisçisi Ruslan Eyubov və "Alibaba Group"un qlobal strateji tərəfdaşlıq şöbəsinin rəhbəri Tim Sonq imzalayıb.
Anlaşma Memorandumu "Made in Azerbaijan" brendinə məxsus Azərbaycan məhsullarının Alibaba.com platforması vasitəsilə yeni ixrac bazarlarına çıxmasını təmin edəcək.
Qeyd edək ki, memorandum fevralın 27-də Bakıda kiçik və orta biznesin (KOB) iştirakı ilə Azərbaycanda reallaşdırılacaq layihə üzrə keçirilən seminar çərçivəsində imzalanıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)