...

“Rabitə Bank” ASC-yə icrası məcburi sərəncam verildi

İqtisadiyyat Materials 9 Aprel 2024 12:29 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Rabitə Bank” ASC-yə icrası məcburi sərəncam verilib.

Trend xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Mərkəzi Bankının bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə təminatsız kredit tələb(lər)i üzrə kredit riskinin maksimum miqdarı normativinin pozulmasına görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq, Mərkəzi Bank tərəfindən “Rabitə Bank” ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.

Sözügedən pozuntu bankın maliyyə dayanıqlılığı üçün təhdid yaratmır.

Xəbər lenti

Xəbər lenti