...

DSMF-nin gəlirləri 6,5 faiz artıb

İqtisadiyyat Materials 23 May 2024 11:09 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri Fondun 6268,0 milyon manat məbləğində təsdiq olunmuş göstəricisinə qarşı 6675,2 milyon manat və ya 407,2 milyon manat (6,5 faiz) çox, yəni 106,5 faiz icra olunub. Bu, 2022-ci illə müqayisədə 945,5 milyon manat və ya 16,5 faiz çoxdur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.

Fondun gəlirlərinin 22,0 faizini və ya 1467,8 milyon manatını Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən ayrılan vəsait (2022-ci ilə nisbətən 335,8 milyon manat və ya 29,7 faiz çox), 78,0 faizini və ya 5207,4 milyon manatını (2022-ci ilə nisbətən 609,7 milyon manat və ya 13,3 faiz çox) məcburi dövlət sığorta haqlarından və sair mənbələrdən daxilolmalar təşkil edib.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 6268,0 milyon manata qarşı 6080,7 milyon manat (187,3 milyon manat az) və ya 97,0 faiz icra olunmuşdur ki, bu da 2022-ci ilə nisbətən 828,6 milyon manat və ya 15,8 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti