...

Azərbaycanın dövlət borcu açıqlanıb

İqtisadiyyat Materials 23 May 2024 11:12 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il 1 yanvar tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 26850,4 milyon manat olub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda qeyd olunub.

Bu, 2023-cü il üzrə faktiki ÜDM-in (123005,5 milyon manat) 21,8 faizini təşkil etmişdir. Ümumi dövlət borcunun 40,9 faizi xarici dövlət borcunun, 59,1 faizi isə daxili dövlət borcunun payına düşür (Qrafik 26) (“Aqrarkredit” QSC-nin daxili dövlət borcuna aid edilmiş 9351,0 milyon manat məbləğində öhdəlikləri nəzərə alınmadan, dövlət borcunun 62,8 faizi xarici dövlət borcunun, 37,2 faizi isə daxili dövlət borcunun payına düşüb.

Xəbər lenti

Xəbər lenti