...

2023-cü ildə səhiyyəyə bu qədər vəsait xərclənib

İqtisadiyyat Materials 23 May 2024 11:15 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il səhiyyə sahəsinə 1722 138 576 manat vəsait xərclənib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində qeyd edilib.
Belə ki, poliklinikalar və ambulatoriyalar sahəsinə 1 922 817 manat, xəstəxanalara 174 019 371, səhiyyə sahəsində tətbiqi tədqiqatlara 2 190 351, səhiyyə sahəsində proqramlar və digər xidmətlərə 1 544 006 037, icbari tibbi sığorta fonduna ayrılan vəsait 1 263 820 170 manat təşkil edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası gəlirlər 35 236 394,3 min manat, xərclər 36 457 956,1 min manat məbləğində olmaqla təsdiq edilməsi təklif edilir.

Xəbər lenti

Xəbər lenti