...

Bu il əməkhaqqı fondu 23 milyard manata çatdırılacaq - Vüqar Gülməmmədov

İqtisadiyyat Materials 27 May 2024 13:37 (UTC +04:00)
Bu il əməkhaqqı fondu 23 milyard manata çatdırılacaq - Vüqar Gülməmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bizim üçün Dövlət Sosial Müdafiə Fondunda əsas məsələ əməkhaqqı fondudur.

Trend xəbər verir ki, bunu Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Palatanın sədri Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, ötən ilin son göstəricisinə görə, əməkhaqqı fondu 21 milyard manatdan bir az artıqdır.

"Amma bu, kiçik rəqəmdir. Bu rəqəm ÜDM-də heç 18%-ə çatmır. Cari ildə bu məbləğin 22-23 milyard manata çatdırılması gözlənilir. Amma bu da kiçik məbləğdir. Bizim üçün ən vacib məsələ əməkhaqqı fondunun ölkə üzrə daha böyük həcmli olmasıdır ki, DSMF o vəsaitdən qidalana bilsin”, - deyə Palata sədri əlavə edib.

Xəbər lenti

Xəbər lenti