...

IOTA-nın prezidentliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin siyasi və maliyyə nüfuzunun artmasına təsir edəcək - ŞƏRH

İqtisadiyyat Materials 22 İyun 2024 11:35 (UTC +04:00)
IOTA-nın  prezidentliyinin Azərbaycana həvalə edilməsi ölkəmizin siyasi və maliyyə nüfuzunun artmasına təsir edəcək - ŞƏRH
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Dövlət vergi xidmətinin, onun rəhbərinin bu cür ali qurumda rəhbər olması ölkəmiz üçün müsbət iqtisadi nəticələrlə əlamətlər olacaqdır.

Bu barədə Trend-in suallarını cavablayarkən İqtisadçı ekspert Eyyub Kərimli deyib.

O qeyd edib ki, bu ilk növbədə ölkəmizin siyasi və maliyyə nüfuzunun artmasına təsir edəcək.

"Digər tərəfdən başqa ölkələrin Azərbaycanın olan marağının yüksəlməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına əhəmiyyətli təsir göstərəcək. Həmçinin Avropa təcrübəsini, Avropa vergi inzibatçılıq təcrübəsini Azərbaycanda tətbiq edilməsinə öz töhfəsini verəcək.

Belə ki, bilirsiniz, hər bir xarici şirkət ilk növbədə ölkədə fəaliyyət göstərərkən, başqa ölkə də onun vergi, qanunvericiliyini , onun daha təkmil olmasını, daha şəffaf olmasını ilə öyrənir və bu da hesab edirəm ki, bu cür mötəbər təşkilata dövlət vergi xidmətinin üzv olması, həm də sədrlik eləməsi, bunun üçün böyük perspektivlər açıb. Bu, həm ölkənin gələcəkdə maliyyə uçotunun, vergi uçotunun hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına müsbət təsir göstərəcəkdir və ölkədə şəffaflığın artırılmasına, vergi inzibatçılığını təkmilləşdirilməsinə, təcrübə mübadiləsinə və qeyd etdiyim kimi Avropa standartlarının tətbiq edilməsinə təsir edəcək.

Digər tərəfdən, həm də ölkənin maliyyə-iqtisadi-siyasi nüfuzun artmasına müsbət təsir göstərəcək. Bəli, maliyyə qurumları əməkdaşlıqda vergi qanunvericiliyinin təkmilləşdirilməsi böyük, müsbət rol oynayır və bu baxımdan əlbəttə ki, Azərbaycanın da həyata keçirdiyi müəyyən islahatlar, vergi inzibatçılığında olan islahatların da dünyaya tanıdılması, beynəlxalq ölkələrə, beynəlxalq şirkətlərə tanıdılmasında əhəmiyyətli rol olacaqdır. Ümumiyyətdə hesab edirəm ki, bundan ölkəmiz daha müsbət bəhrələnməlidir. Öz vergi məcəlləsini, inzibatçılığını və qanunvericiliyini bu sahədə daha da çox təkmilləşdirilməsinə, həmçinin beynəlxalq təcrübələrini tətbiq edilməsinə müsbət formada istifadə etməlidir", - deyə o bildirib.

Qeyd edək ki, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının prezidenti vəzifəsinə Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli seçilib. Qurumun prezidentliyini həyata keçirəcək DVX İcraiyyə Şurasına da sədrlik edəcək. Bununla da IOTA-nın 2024-2025-ci illər üzrə prezidentliyi Azərbaycana həvalə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti