...

İsmayıllı şəhərində magistral su kəmərinin köçürülməsi işləri yekunlaşıb

İqtisadiyyat Materials 10 İyul 2024 16:07 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun tikintisi ilə əlaqədar ərazidən keçən 355 mm diametrli 400 metr uzunluğunda magistral su xətti köçürülüb.

Bu barədə Trend-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən magistral kəmərlə suyun nəqli dayandırılsa da su təchizatında fasilə yaranmayıb.

İsmayıllı şəhəri anbarlarında toplanmış ehtiyat hesabına əhali içməli su ilə təmin olunub.

Magistral kəmərin köçürülməsi işləri artıq yekunlaşıb və İsmayıllı şəhərinin bu kəmər vasitəsilə içməli su təchizatı əvvəlki rejimlə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti