...

Pakistanlı iş adamları Qarabağın bərpası prosesində iştirak etməyə hazırdır - Xalid Taimur Əkrəm

İqtisadiyyat Materials 12 İyul 2024 09:56 (UTC +04:00)
Pakistanlı iş adamları Qarabağın bərpası prosesində iştirak etməyə hazırdır - Xalid Taimur Əkrəm
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

İslamabad. Trend:

Çox sayda pakistanlı iş adamı Qarabağın yenidən qurulması prosesində iştirak etməyə hazırdır.

Bunu Trend-ə Pakistan İcmasının Ortaq Gələcək Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taimur Əkrəm deyib.

O, Azərbaycan ilə Pakistan arasında əvvəllər imzalanmış 15 sənədin mübadiləsindən danışaraq, xüsusilə qeyd edib ki, güzəştli və tranzit ticarəti ilə bağlı sənədlər bu sahədə əməkdaşlığın genişləndirilməsinə kömək edəcək strateji sazişlərdir.

“Pakistan və Azərbaycan təkcə çox böyük ticarət tərəfdaşlarına çevrilməyəcək. Bundan əlavə, Pakistan Azərbaycanla enerji, ticarət və sənaye sahələrində əlaqələri inkişaf etdirməyə ümid edir”, - deyə Əkrəm bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin İslamabada səfərindən danışaraq, vurğulayıb ki, Pakistan bu səfərdən çox məmnundur.

"Azərbaycan xalqı üçün Pakistan ikinci vətəndir. Pakistan xalqı üçün isə Azərbaycan bizim evimizdir. Dünən bütün dünya gördü ki, Azərbaycan Prezidenti və baş nazirimiz heç bir diplomatik söz işlətməyib, qardaş kimi öz aralarında danışıblar. Beləliklə, bu, dünyaya qardaşlıq münasibətlərimiz haqqında çox aydın mesaj verdi”.

Xəbər lenti

Xəbər lenti