Bakı. Trend:
.
ADY və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış
müqaviləyə əsasən, nəzərdə tutulmuş 10 qatardan sayca 5-cisi Bakı
Dəmiryol Vağzalına çatıb.
Trend bu barədə ADY-yə istinadən xəbər verir.
"Ekologiyanın dostu, rahat və təhlükəsiz qatarlar xidmət
sahələrimizdə test proseslərindən keçdikdən sonra sərnişinlərin
istifadəsinə veriləcək", - deyə qurumdan bildirilib.