...

Son 5 ildə özəl sektorda əmək müqavilələrinin sayı artıb

İqtisadiyyat Materials 5 Avqust 2024 11:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son 5 ildə qeyri-neft sektorunun özəl bölməsində daimi əmək müqavilələrinin sayı 79% artıb.

Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.

“Son 5 ildə qeyri-neft sektorunun özəl bölməsində daimi əmək müqavilələrinin sayı 79% artıb. Bu, 426 min yeni əmək müqaviləsi deməkdir. Əmək bazarında keyfiyyət dəyişikliyi iqtisadi artım, yeni müəssisələrin fəaliyyətə başlaması, investisiya təşviqi çərçivəsində həyata keçirilən layihələr və təşviq əsaslı vergi siyasətinin nəticəsidir” - Mikayıl Cabbarov paylaşımda qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti