...

Daha bir şirkət “Araz Vadisi İqtisadi Zonası”nda fəaliyyət göstərəcək

İqtisadiyyat Materials 5 Avqust 2024 16:17 (UTC +04:00)
Daha bir şirkət “Araz Vadisi İqtisadi Zonası”nda fəaliyyət göstərəcək
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Xanbulaq” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə bildirilib ki, bununla da Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb.

Şirkət tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi nəzərdə tutulur.

İnvestisiya dəyəri 7 milyon manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi planlaşdırılır.

Qeyd edək ki, təkcə 2023-cü ildə Azərbaycanın sənaye parklarında İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən idarə olunan 26 sahibkarlıq subyekti rezident statusu alıb. Bunlardan 7 sahibkarlıq subyekti Ağdam Sənaye Parkının, 5-i Araz Vadisi İqtisadi Zonasının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-si Sabirabad Sənaye Məhəlləsinin rezident statusunu alıb.

Hazırda agentlik 6 sənaye parkı, 4 sənaye məhəlləsi, 51 aqropark və peşə hazırlığı mərkəzini idarə edir.

Xəbər lenti

Xəbər lenti