Bakı. Trend:
5 sentyabradək XalqKart Petrol və ya XalqKart Cashback kartını xidmət haqqı ödəməklə sifariş edən müştərilərə ilk 200 AZN ekvivalentində nağdsız ödənişdən sonra kartı əldə etmək üçün ödənilmiş 15 AZN geri qaytarılacaq. 200 AZN nağdsız ödənişlərin aparılması üçün son tarix 30 sentyabrdır.
Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb, toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:
- AZN qalığına illik 8% əlavə gəlir;
- ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;
- aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;
- onlayn sifariş və pulsuz çatdırılma.
XalqKart 3 illik təqdim edilir və hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek/bonus qazana bilər.
XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.