...

Dövlət xətti ilə ipoteka kreditləşməsinə müraciətlərin sayı AÇIQLANDI

İqtisadiyyat Materials 7 Fevral 2025 17:55 (UTC +04:00)
Dövlət xətti ilə ipoteka kreditləşməsinə müraciətlərin sayı AÇIQLANDI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka kreditləri üzrə 1337 müraciət, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb.

Bu barədə Trend İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir.

Bildirilib ki, həm adi, həm də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlər və aşağı faiz dərəcələri ilə verilməsi nəticəsində bu kreditlərə əhali arasında yüksək tələb formalaşmışdır.

Qeyd olunub ki, elan edilmiş vaxtlarda müvəkkil banklara ayrılmış limitlər çərçivəsində adi ipoteka kreditləri üzrə 1337 müraciət, güzəştli ipoteka kreditləri üzrə isə 586 müraciət qeydə alınıb: "Əvvəlki illərdə olduğu kimi, ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və bundan sonrakı proseslər mövcud qanunvericiliyə və Fondun daxili qaydalarına uyğun olaraq davam etdirilir".

Qeyd edək ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara limitlər ayrılıb.

Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 6 fevral 2025-ci il saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 7 fevral 2025-ci il saat 10:00-dan başlanılıb.

Vətəndaşlardan müraciətlərin qəbulu Elektron Hökumət (www.e-gov.az) portalına inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi üzərindən, hər kəsə bərabər şərait yaradılmaqla, real vaxt rejimində həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti