...

Azərbaycanda avtomobil benzini və dizel istehsalı azalıb

İqtisadiyyat Materials 10 Fevral 2025 17:16 (UTC +04:00)
Azərbaycanda avtomobil benzini və dizel istehsalı azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanda 1,254 milyon ton avtomobil benzini istehsal edilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 243 min ton və ya 16,2% azdır. Belə ki, 2023-cü ildə Azərbaycanda 1,497 milyon ton avtomobil benzini istehsal edilib.

Bununla yanaşı, bu dövrdə Azərbaycanda 2,061 milyon ton dizel yanacağı istehsal edilib ki, bu da, illik müqayisədə 315 min ton, yaxud da 13,3% azdır. 2023-cü ildə Azərbaycanda istehsal olunan dizel yanacağının həcmi 2,376 milyon ton olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti