...

Dövlət zəmanətli borcların həcmi açıqlanıb

İqtisadiyyat Materials 13 Fevral 2025 15:11 (UTC +04:00)
Dövlət zəmanətli borcların həcmi açıqlanıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 1 yanvar tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 10.957,4 milyon manat və ya 2024-cü il üzrə olan ÜDM-in 8,7 faizini təşkil edib.

Trend bu barədə Maliyyə Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, dövlət zəmanətinin 9.196,8 milyon manatı (5.409.9 milyon ABŞ dolları) və ya 83,9 faizi xarici kreditlərin, 1.760,6 milyon manatı və ya 16,1 faizi isə daxili kreditlərin payına düşür.

Qeyd edək ki, cari ilin 1 yanvar vəziyyətinə xarici dövlət borcu 5 milyard 129,7 milyon ABŞ dolları təşkil edib. Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankının ehtiyatları - 71 milyard ABŞ dolları məbləğində olmaqla hesabat dövrünün sonuna xarici dövlət borcunu təqribən 14 dəfə üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti