...

Ötən ay Azərbaycan kərə yağı idxalına 18,1 milyon dollar vəsait sərf edib

İqtisadiyyat Materials 24 Fevral 2025 17:20 (UTC +04:00)
Ötən ay Azərbaycan kərə yağı idxalına 18,1 milyon dollar vəsait sərf edib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana xarici ölkələrdən 18,1 milyon ABŞ dolları dəyərində 2,6 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin yanvar ayındakı göstəriciyə nisbətən dəyər ifadəsində 12,7 milyon ABŞ dolları və ya 3,3 dəfə, həcm baxımından isə 1,6 min ton və ya 2,5 dəfə çoxdur.

Cari ilin yanvarında kərə yağı və süddən hazırlanmış digər yağların idxalı ölkənin ümumi idxalında 0,885 paya malik olub.

Həmçinin, bu ilin yanvar ayında Azərbaycanda 2,2 min ton kərə yağı istehsal edilib ki, bu da əvvəlki ilin müvafiq ayına nisbətən 4,6% artım deməkdir.

Bu ilin fevralın 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 14,6 ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti