...

Azərbaycanda 195 min məntəqədə quraşdırılan elektrikdoldurma cihazının sayı AÇIQLANIB

İqtisadiyyat Materials 27 Fevral 2025 11:28 (UTC +04:00)
Azərbaycanda 195 min məntəqədə quraşdırılan elektrikdoldurma cihazının sayı AÇIQLANIB
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələri üçün infrastrukturun genişləndirilməsi çərçivəsində 12 sahibkar və "Azərişıq" ASC tərəfindən 195 məntəqədə 430 elektrikdoldurma cihazı quraşdırılıb.

Trend xəbər verir ki, bunu bu gün Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi” altqrupunun bu il üçün prioritet vəzifələrinə həsr olunmuş iclasında Komissiyanın rəhbəri Vüsal Şıxəliyev bildirib.

O bildirib ki, bu addım elektrik nəqliyyat vasitələrinin geniş yayılması üçün vacib infrastrukturun formalaşmasına töhfə verib.

"Bu elektrikdoldurma cihazları vahid platformada birləşdirilməlidir ki, istifadəçilər üçün daha rahat və əlçatan olsun," – deyə V. Şıxəliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti