...

Azərbaycan və Serbiya iqtisadi sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

İqtisadiyyat Materials 4 Mart 2025 14:49 (UTC +04:00)
Azərbaycan və Serbiya iqtisadi sahədə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Serbiya arasında ticarət, investisiya və sənaye sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşım edib.

"Serbiyanın iqtisadiyyat naziri xanım Adriyana Mesaroviç ilə videokonfrans formatında keçirdiyimiz görüşdə ölkələrimiz arasında birgə fəaliyyətin perspektivləri, ticarət, investisiya və sənaye sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin iqtisadi tərəfdaşlığın gücləndirilməsi imkanları barədə fikirlərimizi bölüşdük", - deyə paylaşımda qeyd olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycanla Serbiya arasında ticarət əməliyyatlarının həcmi 190,3 milyon ABŞ dolları təşkil edib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 178,9 milyon ABŞ dolları və ya 16,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycandan Serbiyaya 181,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu, 2023-cü ildəki göstəriciyə nisbətən 180,7 milyon ABŞ dolları, başqa sözlə, 366 dəfə artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti