Bakı. Trend:
Ötən il Azərbaycana xaricdən 502,8 ton ağac kömürü gətirilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda ağac kömürünün idxalına çəkilən xərcin həcmi 768 min ABŞ dolları olub.
Bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 59,6 ton və ya 13,4% çox, dəyər ifadəsi ilə 35 min ABŞ dolları azdır. Belə ki, 2023-cü ildə Azərbaycana 443,2 ton miqdarında, 803 min ABŞ dolları dəyərində ağac kömürü idxal edilib.
Ötən il ölkəyə gətirilən ağac kömürünün bir tonu üçün orta qiymət 1 527 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 285 ABŞ dolları, yaxud da 15,7% ucuzdur. Əvvəlki ildə bu məbləğ 1 812 ABŞ dolları idi.
Qeyd edək ki, ötən il Azərbaycana Belarusdan, Rusiyadan, Birləşmiş Ərəb Əmirliklərindən, Cənubi Afrika Respublikasından, Çindən, Gürcüstandan, Hindistandan, İndoneziyadan, Tailanddan, Türkiyədən, Fransadan və İspaniyadan ağac kömürü idxal edilib.