Bakı. Trend:
Cari ilin yanvar-fevral aylarında Azərbaycanda yanacaq istehlakçılarına 523,1 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı satılıb.
Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, ötən ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 73,7 milyon manat artıb.
Belə ki, 2024-cü ilin eyni dövründə Azərbaycanda əhali avtomobil benzini və dizel yanacağına 449,4 milyon manat xərcləyib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağına sərf olunan vəsait ümumi pərakəndə ticarət dövriyyəsinin 5,7%-ni təşkil edib.
Xatırladaq ki, cari ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 9,2 milyard manatlıq, o cümlədən 5,07 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 4,2 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 6,2 faiz artıb.