...

Bu il Azərbaycanda mazut istehsalı artıb

İqtisadiyyat Materials 19 Mart 2025 11:12 (UTC +04:00)
Bu il Azərbaycanda mazut istehsalı artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda 33,1 min ton mazut istehsal olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, ötən ilin eyni dövründə Azərbaycanda mazut istehsal edilməyib. Ötən il ərzində isə istehsal olunan mazutun miqdarı 27,4 min ton olub.

Bu il mazut istehsalı ötən illə müqayisədə 5,7 min ton, 20,8% artıb.

Qeyd edək ki, bəhs olunan dövrdə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,03 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,6% artıb.

Neft məhsullarından qazoylların (dizel yanacağının) istehsalı 19%, ağ neft istehsalı 18,3%, avtomobil benzini istehsalı 3,3% artıb, neft koksunun istehsalı 6,4%, neft bitumu istehsalı 8,1%, sürtkü yağları istehsalı isə 31,9% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti