...

Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb

İqtisadiyyat Materials 26 Mart 2025 10:53 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,23 ABŞ dolları və ya 0,3% azalaraq 75 dollar/barel təşkil edib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,4 dollar və ya 0,54% ucuzlaşaraq 73,39 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,28 dollar və ya 0,47% azalaraq 58,59 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,31 dollar və ya 0,42% ucuzlaşaraq 73,62 dollar/barel təşkil edib.

Martın 26-na olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti