...

Avropa İttifaqı və Özbəkistan Orta Dəhlizin inkişafı ilə bağlı birgə investisiya forumu təşkil edəcəklər

İqtisadiyyat Materials 4 Aprel 2025 10:57 (UTC +04:00)
Avropa İttifaqı və Özbəkistan Orta Dəhlizin inkişafı ilə bağlı birgə investisiya forumu təşkil edəcəklər
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Özbəkistanda Avropa İttifaqı ilə müştərək investisiya forumu keçiriləcək.

Trend xəbər verir ki, bu haqda Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Səmərqənd səfəri zamanı “Avropa İttifaqı-Mərkəzi Asiya” sammitində etdiyi çıxışda danışıb.

“Böyük məmnuniyyətlə 2025-ci ildə Özbəkistandan yeni investisiya forumunun keçiriləcəyini elan edirəm. Bu tədbir Orta Dəhlizin inkişafı üçün özəl sektordan maliyyə axınlarını cəlb etməyə və əldə olunan irəliləyişi qiymətləndirməyimizə imkan verəcək”, - deyə o bildirib.

Fon der Lyayen Mərkəzi Asiyanın qlobal ticarətdə həlledici rol oynadığını və “Avrasiyanın ürəyi” hesab olunduğunu vurğulayıb.

“Ötən il biz Trans-Xəzər Nəqliyyat Dəhlizinin inkişafına 10 milyard avro pul ayırmışıq. Bu Avropa və Mərkəzi Asiya arasında quru daşınmalarının müddətini iki dəfə - 15 günə qədər azaltmağa imkan verəcək.

Bundan savayı, dəhliz sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar yaradacaq, həm Avropa və Mərkəzi Asiya arasında, həm də region daxilində ticarət əlaqələrini təkmilləşdirəcək”, - deyə Avropa Komissiyasının sədri diqqətə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti