...

“Starlink” qurğuları ölkəyə buraxılmır?

Telekommunikasiya Materials 9 Aprel 2025 15:11 (UTC +04:00)
“Starlink” qurğuları ölkəyə buraxılmır?
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Artıq bir müddətdir ki, “Starlink” internet xidməti Azərbaycanda fəaliyyətə başlayıb. Bir çox vətəndaş anoloji internet xidmətindən yararlanmaq üçün “Starlink” qurğusu sifariş edirlər. Lakin sözügedən cihazın gömrükdə rəsmiləşdirilməsində süni əngəllərin yaradılması ilə bağlı sosial şəbəkələrdə iddialar yayılmaqdadır. İddialara görə, “Starlink” qurğusunun onlayn vasitələrlə sifarişlə qısa zamanda ölkəyə çatdırılması mümkün olunduğu halda, gömrükdə qeyd olunan əngəllər sözügedən məhsulun sifarişçiyə gəlib çıxamamasına və yekunda narazılığına səbəb olur.

Trend sosial şəbəkələrdə yayılmış bu iddialarla bağlı Dövlət Gömrük Komitəsinə (DGK) sorğu ünvanlayıb.

DGK-dan sorğumuza cavab olaraq bildirilib ki, kosmik-peyk rabitə vasitələrinin ölkə ərazisinə gətirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin xüsusi icazəsi əsasında həyata keçirilə bilər.

“Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı”nın 4-cü bəndinə əsasən kosmik-peyk rabitə vasitələrinin ölkə ərazisinə gətirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) xüsusi icazəsi əsasında həyata keçirilə bilər”, - deyə məlumatda vurğulanıb.

DGK-nın məlumatına əsasən, sifarişçi gömrükdə belə problemlə üzləşməməsi üçün RİNN-dən xüsusi icazə almalıdır.

Sözügedən məlumatla bağlı Trend Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu ünvanlayıb. Sorğuya cavab daxil olduqdan sonra məlumat dərc ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti