...

Doha İnstitutunun professoru Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işlərindən danışdı (ÖZƏL)

Siyasət Materials 9 Aprel 2025 17:38 (UTC +04:00)
Doha İnstitutunun professoru Azərbaycanın azad edilmiş ərazilərində aparılan bərpa işlərindən danışdı (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın göstərdiyi güclü siyasi iradə, təkcə onun torpaqları işğaldan azad etməsinə yox, həm də həmin əraziləri bərpa edə bilməsinə imkan verib.

Bunu Trend-ə Doha Aspirantlar Universitetini və Ekster Universitetini təmsil edən təhlükəsizlik məsələləri və hərbi tədqiqatlar üzrə professor Ömər Aşur “Yeni Dünya Düzəninə doğru” mövzusunda Bakıda keçirilən 7-ci ADA Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.

“Biz Xankəndidə olduq, Şuşanı və orada aparılan yenidənqurma işlərini gördük”, - deyə o bildirib.

Ekspert ölkənin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərini təqdir edib.

Ö.Aşur, eyni zamanda, regionda eskalasiyaların səngiyəcəyinə, Cənubi Qafqazda sülhün bərpa olacağına ümidini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti