...

Azərbaycan ABŞ-dan elektromobil idxalını 2 dəfə artırıb

İqtisadiyyat Materials 9 Aprel 2025 11:52 (UTC +04:00)
Azərbaycan ABŞ-dan elektromobil idxalını 2 dəfə artırıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycana Amerika Birləşmiş Ştatlarından (ABŞ) 32 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobilin idxalına çəkilən xərc 543,5 min ABŞ dolları olub.

İdxal edilən bir ədəd elektromobilin orta qiyməti 17 min ABŞ dolları və ya 28,9 min manat olub.

ABŞ-dan alınan elektromobillər ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 16 ədəd və ya 2 dəfə, dəyər ifadəsi ilə 8,1 min ABŞ dolları, yaxud da 1,5% artıb.

Belə ki, 2024-cü ilin birinci ayında Azərbaycana ABŞ-dan 535,4 min ABŞ dolları dəyərində 16 ədəd elektromobil idxal edilib.

Qeyd edək ki, cari ilin ilk ayında Azərbaycana 6,5 milyon ABŞ dolları dəyərində 139 ədəd elektromobil idxal edilib.

Həmçinin, Azərbaycandan xaricə 535 min ABŞ dolları dəyərində 9 ədəd elektromobil ixrac edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti