...

Paytaxtda bank kartlarından oğurluq edənlər tutuldu

Hadisə Materials 9 Aprel 2025 20:44 (UTC +04:00)
Paytaxtda bank kartlarından oğurluq edənlər tutuldu
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxt ərazisində bank kartlarından oğurluq edən 2 şəxs saxlanılıb.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxt ərazisində 2 vətəndaşın bank kartlarından ümumilikdə 711 manat maddi vəsaitin oğurlanması barədə polisə məlumatlar daxil olub.

"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 22 yaşlı R.Vəliyev və 24 yaşlı H.Rzayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti