...

Neft Fondunun AÇG-dən gəlirləri 2 milyard manatı ötüb

İqtisadiyyat Materials 17 Aprel 2025 17:58 (UTC +04:00)
Neft Fondunun AÇG-dən gəlirləri 2 milyard manatı ötüb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend

Cari ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından 2,002 milyard manat vəsait daxil olub.

Trend bu barədə ARDNF-dan məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 459 milyon manat və ya 18,7% azdır.

Belə ki, ötən ilin yanvar-mart aylarında Fonda AÇG yatağından 2,461 milyard manat (1,448 milyard ABŞ dolları) vəsait daxil olmuşdu.

Cari ilin birinci rübündə ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3,017 milyard manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2,252 milyard manat, bonus ödənişləri və tranzit gəlirləri 765,3 milyon manat təşkil edib.

Qeyd edək ki, ARDNF missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. ARDNF-nin yaradılmasında əsas məqsəd ölkənin neft sərvətlərinin səmərəli və məqsədyönlü idarə edilməsinə şərait yaratmaqdır.

ARDNF-nin fəaliyyəti ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi, neft gəlirlərindən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafının təmin edilməsinin, ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsinin, neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasının həllinə yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti