...

Azərbaycana gətirilən elektromobillərin sayı azalıb

İqtisadiyyat Materials 17 Aprel 2025 18:04 (UTC +04:00)
Azərbaycana gətirilən elektromobillərin sayı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 428 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri (elektromobil) gətirilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 15,6 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 402 ədəd və ya 48,4%, dəyər ifadəsi ilə isə 19,7 milyon ABŞ dolları və ya 55,9% azdır.

Belə ki, 2024-cü ilin ilk üç ayında Azərbaycana idxal dəyəri 35,3 milyon ABŞ dolları olan 830 ədəd elektromobil gətirilib.

Ötən ay idxal edilən elektromobillərin bir ədədinin orta qiyməti 36,3 min ABŞ dolları olub ki, bu da, illik müqayisədə 6,2 min dollar və ya 14,6% azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti