...

Defolt olmuş sahibkarlıq subyektlәrinә İKZF tәrәfindәn 300 min manatdan çox vәsaitin qaytarılması tәmin edilmәyib

İqtisadiyyat Materials 17 Aprel 2025 17:53 (UTC +04:00)
Defolt olmuş sahibkarlıq subyektlәrinә İKZF tәrәfindәn 300 min manatdan çox vәsaitin qaytarılması tәmin edilmәyib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Güzәştli ipoteka kreditlәrinin verilmәsindәn geri qaytarılan vәsait tam olaraq tәkrar maliyyәlәşdirmәyә yönәldilmәmiş, bir hissәsi ipoteka örtüyü ilә tәmin edilmiş ipoteka istiqrazlarının bağlanmasına vә digәr istiqamәtlәrә yönәldilmişdir. Belә ki, 2009-2023-cü illәr әrzindә ümumilikdә 185,5 mln. manat vәsait daxil olmuşdur ki, onun da 44,4 mln. manatı güzәştli ipoteka kreditlәrinin yenidәn maliyyәlәşdirilmәsinә, 129,4 mln. manatı İpoteka vә Kredit Zәmanәt Fondunun (Fond) emissiya etdiyi ipoteka istiqrazlarının ödәnişinә yönәldilmiş, 11,7 mln. manatı isә hesablaşma hesabının qalığında qalmışdır.

Trend xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının 2025-ci ilin I rübünə dair “Dövlət auditi” bülletenində öz əksini tapıb.

Bildirilib ki, Fondun Nizamnamәsinә әsasәn fәaliyyәtinin әsas mәqsәdi ölkә әhalisinin yaşayış sahәsi ilә tәmin edilmәsi olsa da, 2023-cü ildә verilmiş ipoteka kreditlәrinin әksәriyyәti Bakı şәhәrindә cәmlәnmiş, regionlarda eyni mәqsәdlә hәyata keçirilәn fәaliyyәtin yetәrincә genişlәnmәdiyi müşahidә edilmişdir.

Dövlәt büdcәsindәn Mәnzil İnşaatı Dövlәt Agentliyinin sәrәncamında olan mәnzillәrin güzәştli ipoteka kreditlәri vasitәsilә satışını dәstәklәmәk üçün ayrılmış vәsait tam istifadә edilmәmiş, qalıq vәsait Fond tәrәfindәn digәr likvid aktivlәrin alınmasına yönәldilmişdir. Belә ki, 25,4 mln. manat vәsait Fondun istiqrazlarının geri alınması üçün istifadә edilmişdir.

Dövlәt büdcәsindәn subsidiya üçün ayrılmış vәsaitin öhdәlik kimi 3 il qәbul edilmәsi vә proqnozlaşmanın tam әsaslı olmaması ayrılmış vәsaitin bir hissәsinin Fondun hesabında qalmasına şәrait yaratmışdır.

Eyni zamanda, sahibkarların kreditlәrinә görә faiz subsidiyalarının maliyyәlәşdirilmәsi üçün ayrılmış, lakin tam istifadә olunmamış vәsait dә Fondun likvid portfelinin formalaşmasına yönәldilmişdir.

Müvәkkil Kredit Tәşkilatlarına ayrılmış limitlәrin tam icra edilmәmәsi, limitlәr üzrә icra mexanizmlәrinin müfәssәl olmaması yeni mexanizimlәrin tәdbiqini zәruri etmişdir.

Dövlәt büdcәsindәn ayrılmış vәsaitlәr qanunvericiliyin tәlәbinә uyğun olaraq güzәştli ipoteka kreditlәrinin maliyyәlәşdirilmәsinә yönәldilmәli olduğu halda, Fond tәrәfindәn güzәştli kreditlәrin 62,3%-i ipoteka istiqrazlarının örtüyü kimi istifadә edilmişdir.

Fond mәnzil fondunun maliyyәlәşdirilmәsindә yalnız kapitalı vә istiqrazları deyil, hәmçinin ipoteka kreditlәri ilә tәmin edilmiş ipoteka istiqrazlarının daxilolmalarını da istifadә etmiş, bu da tәlәbatı çox olan adi ipoteka kreditlәrinin mәhdudlaşmasına şәrait yaratmışdır. Belә ki, 31.12.2023-cü il tarixinә mәnzil fondunun formalaşdırılması üçün cәmi 740,9 mln. manat vәsait yönәldilmişdir ki, bu mәblәğin 597,6 mln. manatı cәlb edilmiş vәsaitlәr, o cümlәdәn 217,6 mln. manat ipoteka kreditlәri ilә tәmin edilmiş ipoteka istiqrazları üzrә daxilolmalar hesabına tәmin olunmuşdur.

2023-cü il әrzindә 1419 kredit müqavilәsi üzrә 155,5 mln. manat hәcmindә yeni kirayә müqavilәsi imzalansa da, Fond tәrәfindәn әvvәlki illәrdә vә 2023-cü il әrzindә tәhvil alınmış 1161 mәnzilin kirayә verilmәsi tәmin edilmәmişdir.

Defolt olmuş sahibkarlıq subyektlәrinә Fond tәrәfindәn 3 halda cәmi 315128,09 manat mәblәğindә zәmanәt üzrә ödәniş edilmiş, 11749,97 manat vәsaitin qaytarılması tәmin edilmiş, 303378,12 manat vәsaitin isә qaytarılması tәmin edilmәmişdir.

Fond tәrәfindәn likvid vәsaitlәrin yerlәşdirilmәsi zamanı zәruri iqtisadi tәhlillәrin vә risk qiymәtlәndirilmәsinin tam aparılmaması nәticәsindә vәsaitlәrin tәhlükәsizliyi tәmin edilmәmiş, 2023-cü ilin sonuna lәğv edilmiş bankda 5,0 mln. manat depozit vә 220,0 min manat hesablanmış, lakin ödәnilmәmiş faiz mәblәği qalaraq maliyyә itkilәri riski yaranmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti