...

Orta Dəhliz Sloveniya şirkətləri üçün də açıqdır - XİN rəhbəri

İqtisadiyyat Materials 17 Aprel 2025 14:35 (UTC +04:00)
Orta Dəhliz Sloveniya şirkətləri üçün də açıqdır - XİN rəhbəri
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Transxəzər beynəlxalq nəqliyyat marşrutu (TBNM, Orta Dəhliz - red.) digər tərəfdaşlarımız kimi Sloveniya şirkətlərinə də açıqdır.

Trend xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda keçirilən Azərbaycan-Sloveniya Biznes Forumunda deyib.

"Azərbaycan, eyni zamanda, regionumuzda və daha geniş coğrafiyada nəhəng nəqliyyat və logistika layihələrinin təşəbbüskarı və icraçısı kimi yaxşı tanınıb.

Məhz bu layihələr sayəsində Xəzər regionu Avropa və Asiyan arasında nəqliyyat və ticarət əlaqələrini birləşdirən qitələrarası ticarət və tranzit dəhlizinin əsas seqmentlərindən birinə çevrilib.

Konkret olaraq Bakı-Tibilisi-Qars dəmiryolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, eləcə də Ələt Azad İqtisadi Zonası kimi layihələr Transxəzər beynəlxalq nəqliyyat marşurutunu Orta Dəhlizin əsas həlqələrindən biri kimi tanıdır.

Orta Dəhliz vasitəsilə Çindən Mərkəzi və Cənub-Şərqi Avropaya və əks istiqamət üzrə malların daşınması da Transxəzər beynəlxalq nəqliyyat marşrutu digər tərəfdaşlarımız kimi Sloveniya şirkətlərinə də açıqdır", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti