Bakı. Trend:
Türkiyə 2025-cü ilin mart ayında Fransaya elektrik ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz artaraq, 74 milyon 36 min 17 dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Fransaya elektrik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz azalaraq, 186 milyon 87 min 48 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin elektrik ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb, 4 milyon 791 dollara bərabər olub.
“Bu ilin mart ayında Türkiyə 1 milyon 481 min 583 dollar məbləğində elektrik ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 1,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 16 milyon 716 min 527 dollar məbləğində elektrik ixrac edib.