...

Bu ölkə Rusiyanın populyar videoportalını bloklayıb

Dünya xəbərləri Materials 17 Aprel 2025 19:49 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanda “YouTube”a alternativ sayılan Rusiyanın “RuTube” videohostinqi bloklanıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, platformanın linkinə daxil olan zaman Özbəkistanda yaşayan istifadəçilər ölkənin Nazirlər Kabinetinin 2018-ci il tarixli qətnaməsinə əsasən onlayn resursa məhdudiyyətin tətbiq olunması ilə bağlı məlumatın peyda olduğunu görürlər.

Qeyd edilir ki, sayt müharibənin, zorakılığın və terrorizmin təbliği, milli, irqi, etnik və ya dini ədavəti qızışdıran məlumatların yayılması səbəbindən bloklana bilər.

Özbəkistan hakimiyyəti hələlik “RuTube”a girişin məhdudlaşdırılması ilə bağlı heç bir şərh verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti