...

Ötən il Azərbaycanda 28,4 milyard kVt·st elektrik enerjisi istehsal olunub

Energetika Materials 17 Aprel 2025 11:22 (UTC +04:00)
Ötən il Azərbaycanda 28,4 milyard kVt·st elektrik enerjisi istehsal olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il elektrik enerjinin istehsalı 28,4 milyard kVt·st təşkil edib.

Trend bu barədə Energetika Nazirliyi tərəfindən 2024-cü ildə görülmüş işlərə dair hesabatına istinadən xəbər verir.

Məlumata görə, 2024-cü ildə elektrik enerjisinin istehsalı İES-lərdə 24,5 milyard kVt·st, SES-lərdə isə 3 milyard kVt·st, digər mənbələr üzrə isə 839,7 milyon kVt·st, o cümlədən KES-lərdə 50,9 milyon kVt·st, GES-lərdə 556,3 milyon kVt·st, bio ES-lərdə 232,5 milyon kVt·st olub.

Qeyd olunub ki, 2024-cü ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 25,1 milyard kVt·st (İES-lərdə 22,3 milyard kVt·st, SES-lərdə 2, 8 milyard kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 490,3 milyon kVt·st (İES-lərdə 253,3 milyon kVt·st, SES-lərdə 176,2 milyon kVt·st, Günəş ES-də 60,8 milyon kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 38,5 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə 2,7 milyard kVt·st təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti