...

Naxçıvanda sahibkarlara verilmiş kreditlərin həcmi 86% artıb (FOTO)

İqtisadiyyat Materials 18 Aprel 2025 10:22 (UTC +04:00)
Naxçıvanda sahibkarlara verilmiş kreditlərin həcmi 86% artıb (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 37 layihəyə ümumilikdə 1 332 500 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

Bu barədə Trend Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, sahibkarlara verilmiş kreditlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 86% artıb.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 50,3 milyon manatdan çox vergi daxil olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,5% çoxdur.

Bundan əlavə, büdcəyə Naxçıvan Baş Gömrük İdarəsinin xətti ilə 4,9 milyon manat, daşınmaz dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı üzrə 195,3 min manat, Ətraf Mühitin Mühafizəsi və Təbii Ehtiyatlardan İstifadə üzrə Dövlət Fondunun xətii ilə 72,1 min manat, büdcədənkənar gəlirlər üzrə 834,2 min manat vəsait daxil olub. Eyni zamada sair daxiolmalar 800,8 min manata bərabər olub.

Azərbaycan Respublikasının dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın məbləği 54 milyon manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti