...

Yerlisini döyərək qarət etməkdə təqsirləndirilən xarici vətəndaşlara hökm oxunub

Hadisə Materials 18 Aprel 2025 17:33 (UTC +04:00)
Yerlisini döyərək qarət etməkdə təqsirləndirilən xarici vətəndaşlara hökm oxunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yerlisini döyərək qarət etməkdə təqsirləndirilən xarici ölkə vətəndaşları olan Rathnayake Nuvan, Sedara Munasinghe, Dinesh Geethackarigenin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Rathnayake Nuvan 15 il, Sedara Munasinghe 14 il 9 ay, Dinesh Geethackarige 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilib.

Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrda baş verib. Təqsirləndirilən şəxslər Dinuka Pathiranı evinə daxil olaraq onu döyərək qarət edib. Təqsirləndirilən şəxslər ölkəni tərk etmək istəyərkən hava limanında saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.4, 29,120.2.6 və 29,120.2.7-ci maddələri ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti