...

Yaponiya rəsmi Moskvaya etiraz notası göndərib

Dünya xəbərləri Materials 18 Aprel 2025 14:24 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya hökuməti Rusiyanı Kurilin cənub hissəsində hərbi iştirakını artırmaqda ittiham edib.

Trend xəbər verir ki, bu barədə ölkənin XİN rəhbəri Takesi İvai mətbuat konfransında danışıb.

Onun sözlərinə əsasən, rəsmi Tokio Rusiyanın Kuril adalarında keçirdiyi hərbi təlimlərə görə artıq diplomatik kanallarla Moskvaya etiraz notası da göndərib.

Jurnalistlərin suallarını cavablandıran İvai bildirib ki, Yaponiya tərəfi Rusiya Federasiyasından 17–22 aprel tarixlərində Kunaşir, Şikotan və Habomai adaları yaxınlığında atəş təlimlərinin keçiriləcəyi barədə xəbərdarlıq alıb. Yaponiya bu ərazilərin onun suverenliyinə daxil olduğunu israrla vurğulayır.

“Diplomatik kanallar vasitəsilə etirazımız bildirilib. Rusiyanın hərbi mövcudluğunu gücləndirməsi, bu cür təlimlər də daxil olmaqla, ölkəmizin dörd şimal adası ilə bağlı mövqeyinə ziddir və qəbuledilməzdir”, – deyə Yaponiyanın xarici siyasət idarəsinin rəhbəri əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti