...

Naxçıvanda yeni NKA-lar ilə dövriyyə 11%-dən çox artıb

İqtisadiyyat Materials 18 Aprel 2025 15:21 (UTC +04:00)
Naxçıvanda yeni NKA-lar ilə dövriyyə 11%-dən çox artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Naxçıvanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 101,5 milyon manat təşkil edib.

Trend-ə bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.

"Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 6 milyard 114,2 milyon manat olub.

Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 596,2 milyon manatdan, yaxud 10,8 faizdən çoxdur. İndiyədək ölkə ərazisində 105 694 ədəd belə NKA quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti