...

Azərbaycanda nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib

Siyasət Materials 19 Aprel 2025 11:22 (UTC +04:00)
Azərbaycanda nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişib.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Kredit büroları haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən, müvafiq məlumatları könüllü təqdim etmə mexanizmi bütün nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslərə şamil ediləcək.

Qeyd edək ki, daha öncə nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (təqvim ili ərzində nisyə satılmış malların dövriyyəsi 100 000 manatdan çox olduqda) kredit tarixçələrini təşkil edən məlumatı fəaliyyətdə olan ən azı bir kredit bürosuna təqdim etməli idilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti